FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb. Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Yaqelloniya” (Polşa) – "Gent” (Belçika) cütünün qalibi ilə "Mariupol” (Ukrayna) – "Bordo” (Fransa) qarşılaşmanın qalibi arasında avqustun 23-də keçiriləcək oyunun baş hakimi Əliyar Ağayev olacaq. Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.