Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Təmsilçimiz "Qarabağ” komandası səfərdə BATE-nin qonağı olacaq. Bakıda keçirilən ilk görüşdə rəqib 1:0 hesabı ilə qalib gəlib.
21:00. BATE (Belarus) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Andris Treymanis, Haralds Qudermanis, Alekseys Spasyonņikovs, Aleksandrs Qolubevs (hamısı Latviya)
Borisov. "Borisov Arena
Qeyd edək ki, "Qarabağ” - BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq.