“Beşiktaş” Türkiyə çempionatında qələbə qazanıb

“Beşiktaş” Türkiyə çempionatında qələbə qazanıb


Futbol üzrə Türkiyə çempionatının ilk turunun növbəti oyununda çempionluq uğrunda mübarizə aparan komandalardan "Beşiktaş" öz meydanında "Akhisarspor"la qarşılaşıb.
Görüş "Beşiktaş"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın 39-cu dəqiqəsində İstanbul təmsilçisinin portuqaliyalı futbolçusu Pepenin vurduğu qolla hesab açılıb. Bundan üç dəqiqə sonra "qara qartallar"ın niderlandlı oyunçusu Ryan Babel komandasının ikinci qolunu vurub.
Fasilədən sonra görüşün 56-cı dəqiqəsində Yevqeni Seleznyovun qolu ilə ev sahibləri hesab arasındakı fərqi azaldıblar.
Beləliklə, Şenol Günəşin baş məşqçisi olduğu komanda rəqibini 2:1 hesabı ilə məğlub edərək Türkiyə Superliqasında mövsümə qələbə ilə başlayıb.