Gənc reqbiçinin faciəli ölümü

Gənc reqbiçinin faciəli ölümü

İrlandiyada baş verən bədbəxt hadisə istedadlı reqbi ustasının həyatına son qoyub. Faciə İrlandiyanın reqbi üzrə milli komandasının ulduzu Nevin Spensin ailəsinə məxsus olan fermada baş verib. "Olster” komandasının 22 yaşlı üzvü Nevin Spens atasını və qardaşını xilas etmək istərkən həlak olub. Hadisə belə baş verib. Reqbiçinin atası tikinti işləri ararmaq üçün hazırlanmış böyük bir beton çəlləyinə düşüb. Atasını xilas etmək istəyən Noel də (Nevin Spensin qardaşı) çəlləyə yıxılıb. Onların köməyinə tələsən Nevin və bacısı Emma da beton qarışığına düşüblər. Emmanı xilas etmək mümkün olub. Lakin reqbçi Nevil Spens, onun qardaşı və atası həlak olublar. Həkimlərin rəyinə görə, çəlləkdəki beton qarışığın içində kimyəvi məhlul var imiş. İstedadlı reqbçi və ailə üzvləri həmin məhluldan zəhərlənərək ölüblər. Şimali İrlandiya millisinin, eyni zamanda "Olster” klubunun üzvü olan istedadlı reqbçi karyerası ərzində yığmanın heyətində 11 dəfə çıxış edib.