Rəşad Eyubov 10 gün müalicə olunacaq

Rəşad Eyubov 10 gün müalicə olunacaq


Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Sumqayıt” klubu ilə oyunda zədələnərək əvəzlənən Rəşad Eyubovun vəziyyətinə aydınlıq gəlib. Bu gün keçirilən tibbi baxışdan sonra yarımmüdafiəçinin qabırğa əzələsində ikinci dərəcəli dartılma müşahidə olunub.
25 yaşlı yarımmüdafiəçi 10 gün müalicə olunub, fərqdi məşqlər keçəndən sonra komanda ilə məşqlərə qoşulacaq.