Belarusun Minsk şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib.
Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılşan yığmamız 1:0 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində Nigar Mirzəliyeva fərqlənib.
Xatırladaq ki, bu komandalar arasında avqustun 12-də keçirilmiş oyunda Belarus yığması eyni hesabla qalib gəlib.