Pilot xəstəxanadan çıxıb

Pilot xəstəxanadan çıxıb

Monako "Qran-pri” yarışlarında qəzaya uğrayan Felipe Massa ("Ferrari”) xəstəxanadan çıxıb. Lakin braziliyalı pilotun səhhəti üçün hələ də təhlükə var. Həkimlər Massanın uzun müddətli müalicəyə ehtiyacı olduğunu deyiblər. Xatırladaq ki, Monakoda təşkil olunan "Qpan-pri” yarışlarından əvvəl keçirilən sərbəst yürüş zamanı qəza keçirmişdi. Lakin braziliyalı pilot həmin vaxt yüngül xəsarət almışdı.