"Qarabağ” komandasının Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin cavab oyununda Belarusda BATE ilə heç-heçə (1:1) etməsi reytinqdə bir pillə irəliləməyimizə səbəb olub. Belə ki, bərabərlik sayəsində 0,125 xal qazanan Ağdam klubu xal ehtiyatımızı 18,250-yə çatdırıb. Bununla da Azərbaycan 24-cü pilləyə yüksəlib.