Dünya Minifutbol Federasiyasının Baş Assambleyasının bu gün növbəti iclası keçirilib. Ukraynanın Kiyev şəhərində təşkil olunan tədbirdə bir sıra qərarlar qəbul olunub, təşkilatı məsələlərə baxılıb. Namizədliyi seçicilər tərəfindən yüksək dəyərləndirilən Azərbaycan Minifutbol Federasiyasının sədri Elxan Əsədov səs çoxluğu ilə beynəlxalq federasiyanın İcraiyyə Komitəsinə üzv seçilib. Qeyd edək ki, ölkəmizin futbol tarixində ilk dəfə olaraq belə bir yüksək posta seçilən həmyerlimiz beynəlxalq futbol oyunlarının təşkilində böyük təcrübəyə malikdır. Hətta bundan əvvəl Dünya Minifutbol Federasiyasının İcraiyyə Komitəsinin qərarı ilə qurumun Yarışların Təşkili Komitəsinin sədri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, DFF-nın İcraiyyə Komitəsinin üzvlüyünə Elxan Əsədovla yanaşı ABŞ-dan Kevin Milliken və Bolqarıstandan Borislav Aleksandrov da seçilib.