Sentyabrda gimnastikanın üç növü üzrə yerli yarışlar təşkil ediləcək

Sentyabrda gimnastikanın üç növü üzrə yerli yarışlar təşkil ediləcək






Azərbaycan Gimnastika Federasiyası biri-birinin ardınca gimnastikanın 3 növü üzrə yerli yarışlar təşkil edəcək.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasından olimpnews.az saytına verilən məlumatda bildirilir. 
Sentyabrın 21-də Bakı Gimnastika Məktəbində tamblinq üzrə 16-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçiriləcək. Yarışlarda Bakı Gimnastika Məktəbi, Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, "Neftçi İdman Klubu” və "Ocaq Sport” klubunu təmsil edən 25 gimnast qüvvəsini sınayacaq. İştirakçılar balacalar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.

Sentyabrın 26-27-də akrobatlar "Ocaq Sport” klubunun zalında akrobatika gimnastikası üzrə 25-ci Azərbaycan və Bakı birinciliyində yarışacaqlar. Yarışlarda Bakı Gimnastika Məktəbi, Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, Neftçi İdman Klubu və Ocaq Sport Klubunun (Şabran) təmsilçiləri medallar uğrunda yarışacaqlar.

Batutçuların yarışları isə sentyabrın 27-də "Ocaq Sport” idman klubunda baş tutacaq. İdmançılar batut gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyində mübarizə aparacaqlar. Bakı Gimnastika Məktəbi və Ocaq Sport Klubunu təmsil edən 44 iştirakçı balacalar, uşaqlar, yeniyetmələr gənclər və böyüklər yaş kateqoriyasında mübarizə aparacaq.