Mariya Stadnik Qran-pri turnirinin qalibi olub

Mariya Stadnik Qran-pri turnirinin qalibi olub





Polşanın paytaxtı Varşavada Qran-pri seriyasından "Poland Open” turnirinə yekun vurulub.

Turnirdə ölkəmizi təmsil edən qadınlardan ibarət yığmamızın lideri Mariya Stadnik (50 kq) qızıl medala layiq görülüb. İdmançımız həlledici görüşdə ötən il Avropa çempionatının finalında məğlub etdiyi (10:0) Ukrayna idmançısı İlyona Semkivlə qarşılaşıb. Finaladək bütün görüşlərində asanlıqla başa vuran Mariya Stadnik həlledici görüşü də uğurla başa vurub.