Braziliya millisinin sabiq futbolçusu Roberto Karlos bundan sonra bacarığını futzalda göstərəcək.45 yaşlı veteran müdafiəçi Yaponiyanın "İnkişaf” klubunda oynayır. Veteran futbolçu yeni klubunda "Voskuope Senday”a qarşı matçda komandasına qələbə qazandırıb - 2:1. Hər iki qolu Roberto Karlos vurub.
Qeyd edək ki, karyerası ərzində İtaliyanın "İnter”, İspaniyanın "Real” və Türkiyənin "Fənərbaxça” klublarında da çıxış edən Roberto Karlos 1992-2006-cı illərdə Braziliya millisində oynayıb.