Modriç dünyanın ən yaxşı futbolçusu seçildi

Modriç dünyanın ən yaxşı futbolçusu seçildi


İngiltərənin paytaxtı Londonda FIFA ötən ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.
FIFA-nın prezidenti Canni İnfantino bu mükafatı İspaniyanın "Real Madrid” klubunun və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç təqdim edib.Xorvatiyalı 2017/2018-ci il mövsümündə "Real Madrid” klubunun heyətində UEFA Çempionlar Liqasının qalibi olub. Həmçinin futbolçu Rusiyada keçirilən dünya çempionatının finalçısıdır.
Ən yaxşı qadın futbolçu adına altıncı dəfə ABŞ-ın "Orlando Prayd” klubunda çıxış edən 32 yaşlı hücumçu braziliyalı Marta layiq görülüb.
Qadınlardan ibarət komandalar arasında ən yaxşı baş məşqçi nominasiyasında Reynal Pedros fərqləndirilib. O, Fransa "Lion”una Çempionlar Liqasını qazandırıb.
Rəmzi yığmanın tərkibi isə belə olub: David De Xea, Dani Alveş, Marselo, Serxio Ramos, Rafael Varan, Eden Azar, Nqolo Kante, Luka Modriç, Kriştianu Ronaldu, Kilian Mbappe, Lionel Messi. Ronaldu və Messi mükafatlandırma mərasimində iştirak etməyib.
"Fair Play” mükafatına Türkiyənin "Erzurumspor BB” klubunun almaniyalı hücumçusu Lennart Tay layiq görülüb. Ən yaxşı fanat nominasiyasında isə Peru azarkeşləri birinci yeri tutub.