AFFA-nın İntizam Komitəsinin qərarına əsasən 22 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının V turunun "Zirə” – "Neftçi” matçının 45-ci dəqiqəsində "Zirə” və "Neftçi” klublarının baş məşqçiləri Samir Abasov və Roberto Bordin bir-biriləri ilə sərt mubahisə etdiklərinə görə texniki zonadan kənarlaşdırıldıqları üçün hər bir məşqçi 1 oyun cəzalanır, klublar 800 manat cərimə olunur (maddə 62).Oyun sonrası mətbuat konfransında "Zirə” klubunun baş məşqçisi Samir Abasov hakim haqqında ironiya ilə danışdığına görə xəbərdarlıq olunur. Bu hal yenidən baş verəcəyi halda məşqçini cəza gözləyir.