Sentyabrın 23-dən 30-dək "Grassroots” həftəsi çərçivəsində "Enjoy with football” layihəsi keçirilir. Layihə çərçivəsində sentyabrın 25-də Sumqayıt şəhərindəki Mehdi Hüseynzadə adına stadionda keçirilən festivalda 60 uşaq (6 qız, 54 oğlan) iştirak edib. Növbəti belə festivallar sentyabrın 27-də Dənizkənarı Milli Parkda, sentyabrın 29-da isə Heydər Əliyev Mərkəzinin ərazisində keçiriləcək. Qeyd edək ki, bu layihənin həyata keçirilməsində məqsəd futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.