May ayının 25-26-da Türkiyənin İstanbul şəhərində "IX Türk dünyası turniri və mədəniyyət festivalı” adlı yarış keçirilib. Turnirdə ölkəmizi "Lokomotiv” İSM-in sərbəst güləşçiləri və "Dinamo” İC-in idmançısı təmsil edib. Yeniyetmə pəhləvanların mübarizə apardığı turnir maraqlı keçib. 46- kq çəki dərəcəsində gücünü sınayan idmançımız Cəlal Musazadə üçüncü yerə layiq görülüb. Onun komanda yoldaşı Hacıağa Məmmədli (50 kq) də bürünc mükafat qazanıb. "Dinamo” İC-in güləşçisi Toğrul Əsgərov (58 kq) turniri üçüncü yerdə başa çatdırıb. Komandamızın baş məşqçisi, əməkdar məşqçi Ramin Allahverdiyev turnirlə bağlı fikirlərin belə bildirib: "”IX Türk dünyası turniri və mədəniyyət festivalı” yüksək səviyyədə təşkil olunmuşdu. Yarış çox maraqlı keçdi. İstanbulda ölkəmizi "Lokomotiv” İSM-in idmançıları təmsil edirdilər. Yetirmələrim iki bürünc medal qazandılar. Hesab edirəm ki, bu cür yarışlar təcrübə baxımından böyük əhəmiyyət kəsb edir”.