BATE qara sarğı ilə oynayacaq

BATE qara sarğı ilə oynayacaq


Belarusun BATE klubunun futbolçuları mövsümün sonunadək oyunlara qara sarğı ilə çıxacaqlar. Klubun saytının məlumatına görə, komanda klubun İdarə Heyətinin sədri Anatoli Kapskinin vəfatına hörmət əlaməti olaraq bu addımı atıb. Bu, yalnız Belarus çempionatının və ölkə kubokunun oyunlarına şamil olunacaq.
Belarus Futbol Federasiyası da BATE-nin müraciətinə müsbət cavab verib. Qeyd edək ki, BATE klubunun İdarə Heyətinin sədri Anatoli Kapski 52 yaşında xərçəng xəstəliyindən vəfat edib.