30 mindən artıq bilet satılıb

30 mindən artıq bilet satılıb


Avropa Liqasının 2-ci turunda keçiriləcək "Qarabağ” - "Arsenal” oyununa bilet satışı davam edir. Bu günə olan məlumata görə, artıq satılan biletlərin sayı 30 mini keçib.
Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manat arasında dəyişir.Biletləri həm "Qarabağ" FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq.