Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib


Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açaraq iştirakçıları müzakirəsi nəzərdə tutulan məsələlərlə tanış edib. Bundan sonra Şura üzvləri 2013-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanı; milli mətbuatın yaranmasının 138-ci il dönümü ilə əlaqədar keçiriləcək "Fərdi jurnalist yazıları”müsabiqəsini, "Ziya” qəzetinin transliterasiyasının kitab şəklində çapının maliyyələşdirilməsi məsələlərini müzakirə ediblər.
Gündəlikdə dayanan birinci məsələ ilə bağlı Fondun icraçı direktoru Vüqar Səfərli çıxış edərək Fondun KİV layihələrini maliyyələşdirmək üçün büdcə imkanları barədə məlumat verib. Məlumat dinlənildikdən sonra Müşahidə Şurasının üzvləri 2013-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin şərtlərini müəyyənləşdirərək, müsabiqəyə qatılmaq üçün verilən sənədlərin 25 gün müddətində qəbul edilməsinə qərar veriblər.
Milli mətbuatın yaranmasının 138-ci il dönümü ilə əlaqədar keçiriləcək "Fərdi jurnalist yazıları” müsabiqəsi ilə bağlı məsələni müzakirə edən Şura üzvləri müsabiqənin 15 istiqamət olmaqla 45 mövzu üzrə keçirilməsini məqbul sayıblar.
Şura üzvləri "Ziya” qəzetinin transliterasiyasının kitab şəklində çapının maliyyələşdirilməsi ilə bağlı məsələnin həlli üçün maliyyə vəsaitinin ayrılmasına qərar veriblər.
Müşahidə Şurasının 2013-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanı və Milli mətbuatın yaranmasının 138-ci il dönümü ilə əlaqədar keçiriləcək "Fərdi jurnalist yazıları” müsabiqəsi üçün müəyyən etdiyi şərtlərlə kivdf.gov.az saytında tanış olmaq mümkündür.