“Olimpiadada çıxış edəcəyim üçün sevincliyəm”

“Olimpiadada çıxış edəcəyim üçün sevincliyəm”


Yelizaveta Luzan (Buenos-Ayres-2018-də ölkəmizi gimnastika idman növündə təmsil edəcək idmançımız):
- Olimpiadada çıxış edəcəyim üçün sevincliyəm. Yarışlara səylə hazırlaşmışam və özümü bu məsul sınağa hazır hiss edirəm. Argentinada keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etməyə çalışacağam. Yığmanın baş məşqçisi Mariana Vasilevanın dediyi kimi, bədii gimnastikada ancaq 1 dəst medal oynanılacaq və bu da yarışların gərginliyindən xəbər verir.