Millimizdən ardıcıl qələbə

Millimizdən ardıcıl qələbə


İtaliyanın Siena şəhərində keçirilən polo üzrə Avropa çempionatının üçüncü turunda Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb.
Komandamız növbəti uğura imza ataraq üç oyunluq qələbə seriyasını davam etdirib.
Azərbaycan yığması rəqibi 11:7 hesabı ilə məğlub edərək yarışın favoritləri sırasında yer alıb.
Slovakiya yığmasını məyus edən yığmamızın heyətində Tərlan Qurbanəliyev və Əli Rzayev xüsusilə fərqləniblər.
Bu gün keçiriləcək Polo üzrə qitə çempionatının 4-cü turunda millimiz hazırkı Avropa çempionu İrlandiya komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası Avropa çempionatının ilk turunda Hollandiya seçməsini (7:3), ikinci turda isə Fransa millisini (8:4) məğlub edib.
Xatırladaq ki, Beynəlxalq Polo Federasiyası və İtaliyanın Atçılıq İdmanı Federasiyası tərəfindən birgə təşkil edilən Polo üzrə Avropa çempionatı sentyabrın 30-dək davam edəcək. Keçiriləcək 4 oyunun nəticəsinə əsasən ən çox xal toplayan komanda finalda digər qrupun qalibi ilə qarşılaşacaq.