“Yarışlarda bacardığım qədər yaxşı çıxış etməyə çalışacağam”

“Yarışlarda bacardığım qədər yaxşı çıxış etməyə çalışacağam”


Səməd Məmmədli (Buenos-Ayres-2018-də ölkəmizi gimnastika idman növündə təmsil edəcək idmançımız):
- Bu il uğurlarım kifayət qədər çox olub. İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatında gənclər kateqoriyasında birinci olmuşam. İyun ayında Bakıda Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya verən idman gimnastikası üzrə təsnifat yarışlarında da yaxşı oyun nümayiş etdirdim. Bu yarışlarda çoxnövçülük üzrə 29 ölkədən 54 idmançı mübarizə aparırdı. Çıxışıma görə, hakimlərdən 77, 931 xal alaraq lisenziya qazandım. Qeyd edim ki, qaydalara əsasən həm kişi, həm də qadın idman gimnastları arasından hər ölkədən yalnız 1 nəfər olmaqla ən yaxşı nəticəni toplamış 17 gimnast olimpiadada iştirak etmək hüququ əldə edirdi. Yarışlarda bacardığım qədər yaxşı çıxış etməyə çalışacağam.