Aerobika gimnastikası üzrə çempionat keçiriləcək

Aerobika gimnastikası üzrə çempionat keçiriləcək


Milli Gimnastika Arenasında oktyabrın 6-7-də aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi keçiriləcək. Yarışda 200-ə yaxın gimnastın iştirakı gözlənilir. "Ocaq Sport” və "AyUlduz” klublarının təmsilçiləri, o cümlədən qonaq gimnastlar 7-8, 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyasında yer alaraq, fərdi qadın, fərdi kişi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.