“Əsl idmançı həmişə döyüşə hazır olmalıdır”

“Əsl idmançı həmişə döyüşə hazır olmalıdır”

Cavad Ağayev (Buenos-Ayres-2018-də ölkəmizi taekvondo idman növündə təmsil edəcək idmançımız):
- Hər şey qaydasındadır. Yarışlara çox ciddi hazırlaşırıq. Məşqçilərimiz də, biz də çox işləyirik. Hazırda Azərbaycan Taekvondo Federasiyasında məşqlərimizi davam etdiririk. Bu cür çətin və mötəbər yarış ərəfəsində fiziki hazırlıqla yanaşı, psixoloji hazırlıq da çox əhəmiyyətlidir. İdmançının özünü tanıdığı qədər heç kim onu tanıya bilməz. Ona görə də fiziki, texniki-taktiki hazırlıqdan fərqli olaraq, psixoloji hazırlığı idmançı özü inkişaf etdirməyi bacarmalıdır. Düşünürəm ki, bu, o qədər çətin deyil. Məndə heç vaxt bu istiqamətdə çətinliklər olmayıb. İndi də yoxdur. Özümə inanıram. Ən əsası isə əsl idmançı həmişə döyüşə hazır olmalıdır. Argentinaya da məhz qələbə üçün gedəcəyəm. Əslində, Cənubi Amerikadan nəinki medalla, hətta çempion kimi qayıtmaq istəyirəm. Məşqçilərimizin bizə olan inamını, etimadını doğrultmaq, əziyyətlərinin bəhrəsini vermək üçün çox ciddi mübarizə aparmalıyıq.