Naxçıvanın "Araz” futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində oktyabrın 3-də Slovakiyanın Luçenec şəhərindəki "Sportova Hala” arenada ilk oyununu keçirib. Litvanın "Vytis” komandası ilə qarşılaşan təmsilçimiz 0:1 hesabı ilə məğlub olub."Araz” qrupda növbəti oyununu oktyabrın 4-də Malta təmsilçisi "Valletta”ya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.