“Qarabağ” "Arsenal"la bu gün qarşılaşacaq

“Qarabağ” "Arsenal"la bu gün qarşılaşacaq


Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları çərçivəsində "Qarabağ” komandası bu gün İngiltərənin "Arsenal" klubunu qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:55 başlayacaq. oyunu İtaliyadan hakimlər briqadası idarə edəcək. Matçın əsas hakimi Davide Massa olacaq. Filippo Meli və Alessandro Kostantso yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

E qrupun digər oyunu Ukraynada oynanılacaq. "Vorskla" klubu Portuqaliyanın "Sportinq" komandasını qəbul edəcək.

İlk turda "Arsenal" "Vorskla"nı (4:2), "Sportinq" isə "Qarabağ"ı (2:0) məğlub etmişdi.