Çempionumuz Malta komandası ilə qarşılaşacaq

Çempionumuz Malta komandası ilə qarşılaşacaq


Futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçimiz "Araz” bu gün əsas mərhələdə ikinci oyununu keçirəcək. Ölkə çempionu Maltanın "Valletta” komandası ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 17:30-da başlayacaq oyunu Sven Eichler (Almaniya), Kamil Çetin (Türkiyə) və İvan Şabanovdan (Rusiya) ibarət hakimlər briqadası idarə edəcək.