Qurban Qurbanov: " Çalışacağıq ki, sona qədər yaxşı mübarizə aparaq "

Qurban Qurbanov: " Çalışacağıq ki, sona qədər yaxşı mübarizə aparaq "

"Qarabağ"ımızın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Arsenal"a qarşı keçiriləcək görüşdən öncə mətbuat konfransında çıxış edərək matçla bağlı fikirlərini bildirib:
"Dünyanın ən güclü çempionatında çıxış edən komandaya qarşı oynayacağıq. Əlavəyə ehtiyac yoxdu. Çox ciddi hazırlaşırıq oyuna. İnanıram ki, hər birimizi yaxşı oyun gözləyir. Çalışacağıq ki, sona qədər yaxşı mübarizə aparaq və ən azından yaxşı oyun göstərək".