“Sevinc hissini zəhmət çəkmədən yaşamaq olmaz”

“Sevinc hissini zəhmət çəkmədən yaşamaq olmaz”

Vüqar Talıbov (Buenos-Ayres-2018-də ölkəmizi cüdo idman növündə təmsil edəcək idmançımız):
- Məşqlərimiz çox gərgin keçir. Lakin bu, məni narahat etmir. Gərək əziyyət çəkəsən ki, onun bəhrəsini görə biləsən. Sevinirəm ki, mən məşqlərdəki çətinliyin öhdəsindən gələ bilirəm. Belə deyirlər ki, məşqlərdəki çətinlik yarış vaxtı sənə kömək olur. Mən bu sözə çox inanıram. Gərgin məşqlər idmançını təkcə fiziki və texniki-taktiki cəhətdən yox, həm də psixoloji cəhətdən hazırlayır. İstər-istəməz düşünürsən ki, əgər bu çətinliklərin öhdəsindən gələ bilirəmsə, deməli, çoxlarından üstünəm. Bu mənada psixoloji hazırlığımla bağlı heç bir problem yoxdur. Sadəcə, bəzən məşq zamanı komanda yoldaşlarımla güləşəndə yoruluram. Bu, iradə ilə bağlı olsa da, əslində normaldır. Əlbəttə, hərəkətdə olan idmançı yorular, heç bir fənd tədbiq etməyən, sadəcə, müdafiə olunan tərəf isə özündənrazılıqla "mən hələ yorulmamışam” deyəcək. Amma bu, səhvdir. Sevinc hissini zəhmət çəkmədən yaşamaq olmaz. İnanıram ki, mən Argentinada çəkdiyim zəhmətin bəhrəsini görəcəyəm.