Üzgüçümüz dünya kubokunda iki medal qazanıb

Üzgüçümüz dünya kubokunda iki medal qazanıb


Azərbaycan üzgüçüsü Maksim Şemberev Hollandiyanın Eyndhoven şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında bir qızıl və bir bürünc medal qazanıb. Belə ki, təmsilçimiz 1500 metr məsafəyə sərbəst üsulla yarışlarda hamını üstələyərək qızıl medala sahib olub. M.Şemberyev 400 metr məsafəyə kompleks üzgüçülükdə isə bürünc medalla kifayətlənib.
Hazırda 400 metr məsafəyə üzgüçülük yarışlarında M.Şemberev dünya reytinqində 10-cu, Avropa reytinqində isə 3-cü yerdədir.
Qeyd edək ki, sentyabrda Qətərin paytaxtı Dohada üzgüçülük üzrə dünya kubokunun ikinci mərhələsində M.Şemberev kişilər arasında 200 metr məsafəyə batterflay üsulla yarışda qalib olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. Qarışıq üsulla 400 metr məsafəyə yarışlarda isə üzgüçümüz gümüş medal qazanmışdı.