Qaliblər mükafatlandırılıb

Qaliblər mükafatlandırılıb




Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi davam edir.

"Olimpnews.az” xəbər verir ki, yarışlarda "Ocaq Sport” və "AyUlduz” klublarının təmsilçiləri, o cümlədən xarici ölkələrdən gələn gimnastlarla birlikdə 200-ə yaxın gimnast iştirak qüvvəsini sınayır.
Gimnastlar bu gün 7-8, 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyasında fərdi qadın və kişi, qarışıq cütlük, üçlük və qrup proqramı üzrə final yarışlarında öz bacarıqlarını nümayiş etdirirlər.
İndiyə qədər 7-8 yaş kateqoriyasında fərdi qadın və kişi, qarışıq cütlük, üçlük və qrup proqramında final yarışlarında uğurla mübarizə aparan gimnastlar arasında qaliblərin adlarına aydınlıq gəlib. 

7-8 yaşlı kişi gimnastların fərdi yarışlarında Rusiya təmsilçisi Yeqor Kabluçi 14.950 xalla birinci yeri tutub. Azərbaycan gimnastları Mahmud Rüstəmli (14.300 xal) gümüş, Fərid Cafarov (13.500 xal) bürünc medal qazanıb. 
Həmin yaş kateqoriyasında qadın gimnastların yarışlarından Bolqarıstan təmsilçiləri qızıl və gümüş medala layiq görülüblər. Stefani Leçeva (16.900 xal) və Neda Zapryanova (16.900 xal) hakimlırdən eyni xal alıblar.  

7-8 yaşlı gimnastların qrup yarışlarında Rusiya 2 komandası 15.750 xalla birinci yerə layiq görülüb. İkinci yeri Qazaxıstan 1 komandası (15.200 xal) tutub. Rusiya 1 kollektivi (14.600) isə üçüncü olub. 
Azərbaycanın 3 komandası müvafiq olaraq 4,5 və 6-cı yerləri tutublar.  
Bu yaş qrupunda ikili cütlüklər qrup proqramında Ukrayna 1 (15.300 xal) komandası, üçlüklərin qrup proqramında isə Bolqariya (15.750 xal) kollektivi birinci olub. 

Final yarışları davam edir.
Aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyinə bu gün yekun vurulacaq.