MGA-da ən güclülər müəyyənləşdi

MGA-da ən güclülər müəyyənləşdi





Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi davam edir.

"Olimpnews.az” xəbər verir ki, yarışlarda "Ocaq Sport” və "AyUlduz” klublarının təmsilçiləri, o cümlədən xarici ölkələrdən gələn gimnastlarla birlikdə 200-ə yaxın gimnast qüvvəsini sınayır.
Gimnastlar bu gün 7-8, 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyasında fərdi qadın və kişi, qarışıq cütlük, üçlük və qrup proqramı üzrə final yarışlarında öz bacarıqlarını nümayiş etdirirlər.
9-11 yaş kateqoriyasında qızların fərdi yarışlarında birincilik Bolqarıstan təmsilçisi Kristina Kostovaya nəsib olub. Gimnast bütün rəqiblərini qabaqlayaraq hakimlərdən 17.100 xal alıb. 2-ci və 3-cü yerlərə müvafiq olaraq ukraynalı idmançı Nikol Şeinko (16.900 xal) və rusiyalı təmsilçi İrina Tixomirova (16.650 xal) layiq görülüblər.
Azərbaycan idmançıları Fidan İbrahimova (16.550 xal) 9-11 yaş kateqoriyasında 6-cı nəticə göstərib. Aydan Şirinli (16.350 xal) isə 8-ci yerdə qərarlaşıb.
Həmin yaş qrupu üzrə oğlanların mübarizəsində ən güclü gimnast adını rusiyalı idmançı Semyon Tokarev qazanıb. O, hakimlərdən 16.850 xal ala bilib. II və III yerləri idmançılar Lev Entin (Rusiya, 16.300 xal) və David Maçkeviia (Ukrayna, 16.100 xal) tutub.
12-14 yaş kateqoriyası üzrə kişilərin fərdi yarışlarında yenə də Rusiya təmsilçiləri fərqləniblər. Mükafatalayiq yerləri tutan qonşu ölkənin idmançılarından Yeqor Tereşin 18.150 xalla bütün rəqiblərindən üstün olub. Nikita Nikabaev (17.850 xal) və Maksim Kaqarmanov (17.450 xal) isə II və III yerləri bölüşdürüblər.
Həmin yaş kareqoriyasında qadınların fərdi yarışlarında Rusiya gimnastı Angelina Starkina 18.650 xalla qızıl medala layiq görülüb. İkinci yer də rusiyalı idmançıya nəsib olub. Polina Surikova çıxışına görə hakimlərdən 18.400 xal alıb. Bürünc medalı Ukrayna təmsilçisi Kristina Yurkovskaya (18.250 xal) götürüb.
Yeniyetmə qadınların fərdi final yarışlarının nəticələrinə görə qızıl medalı Rusiya gimnastı Anastasiya Dmitriyeva qazanıb. Gimnast 19.450 xalla birinci olub. Gümüş medalı rusiyalı idmançı Anna Qalkina (18.900 xal) alıb. Bolqarıstan təmsilçisi Qabriela Rusinova (18.600 xal) isə bürünc medala sahib olub.
Kişilər arasında gənclərin fərdi yarışlarında Azərbaycan gimnastları uğurla çıxış ediblər. Təmsilçilərimiz Vladimir Dolmatov (20.400 xal) gümüş, Elçin Məmmədov (20.000 xal) bürünc medala layiq görülüb. İmran İmranov (19.300 xal) isə 4-cü nəticə göstərib. Bu yarışlarda qızıl medalı növbəti Rusiya idmançısı Roman Semenov (21.350 xal) qazanıb.
Qadınlar arasında qadınların fərdi yarışlarında ən güclü gimnast adına 20.550 xalla Ukrayna təmsilçisi Anastasiya İsaienko layiq görülüb. Gümüş və bürünc medalları Rusiya təmsilçilıri Tatyana Konakova (20.200 xal) və Mariya Tereşina (20.150 xal) qazanıblar.

Final yarışları davam edir.
Aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyinə bu gün yekun vurulacaq.