“Bakı” həndbol komandasının oyunların vaxtı müəyyənləşib

“Bakı” həndbol komandasının oyunların vaxtı müəyyənləşib


Azərbaycanınkişilərdənibarət "Bakı” həndbol komandasının "Çağırış kuboku” uğrunda yarışlarda keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Beləki, təmsilçimizoktyabrın 13-də Bosniyavə Herseqovinanın "RKBorakm:tel” komandası ilə üz-üzə gələcək. Banja Luka şəhərində yerləşən "Borik” İdman Arenasında keçiriləcək matçı ukraynalı Anatoli Novikov və Valeri Rozkov idarə edəcəklər. Görüşdə hakimlərin idarəçiliyini EHF nümayəndəsi bolqarıstanlı Andrey Andereyev qiymətləndirəcək.
Komandalar arasında cavab matçının oktyabrın 14-də əvvəlcədən razılaşdırıldığı kimi Bosniya və Herseqovinada keçirilməsi nəzərdə tutulub. "Bakı” kollektivi ilk oyunda meydana nominal ev sahibi kimi çıxacaq. Cütün qalibi üçüncü mərhələdə Bosniya və Herseqovinanın digər təmsilçisi "HC Voqoska Poljine Hills” komandası ilə qarşılaşacaq.