“Azərbaycan bayrağını Oyunlarda yüksəklərdə dalğalandırmaq qürurvericidir”

“Azərbaycan bayrağını Oyunlarda yüksəklərdə dalğalandırmaq qürurvericidir”


Ramiz Ramizzadə (cüdo üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi):
- Buenos-Ayresdə keçirilən yarışa çox ciddi hazırlaşmışdıq. Avropa birinciliyi başa çatandan sonra bütün diqqətimizi Yeniyetmələrin III Olimpiya Oyunlarına yönəltmişdik. Sumqayıt Olimpiya-idman Kompleksində səmərəli və gərgin təlim-məşq toplanışı keçmişdik. Çəkdiyimiz əziyyət öz bəhrəsini verdi. Hələ Argentinaya gəlməmişdən əvvəl Azərbaycan Cüdo Federasiyası qarşısında öhdəlik götürmüşdük. Bildirmişdik ki, necə olur olsun, Cənubi Amerikadan vətənə medalla qayıdacağıq. Bunu bacardıq. Azərbaycan bayrağını Oyunlarda yüksəklərdə dalğalandırmaq qürurvericidir.