“Bu medal Vüqarın ən yüksək nailiyyətidir”

“Bu medal Vüqarın ən yüksək nailiyyətidir”

Elmar Babanlı (Azərbaycan Cüdo Federasiyasının baş katibi):
- Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında komandamıza ilk medalı cüdoçumuz Vüqar Talıbov qazandırdı. Bu nəticə bizim üçün sevindirici haldır. Qeyd edim ki, Vüqar bu ildən etibarən yeniyetmələrin yarışlarında iştirak edir. O, Buenos-Ayres-2018-in ən gənc idmançılarından biri olsa da, yarışlarda uğurlu çıxışı ilə məşqçilər heyətinin ümidlərini doğrultmağı bacardı. Bu, medal Vüqarın ən yüksək nailiyyətidir. Qeyd edim ki, bu Azərbaycanın Yeniyetmələrin Yay Olimpiya Oyunlarının cüdo yarışları tarixində qazandığı ilk qızıl medaldır. Buna qədər komandamız yeniyetmələrin olimpiadasında yalnız iki gümüş medala layiq görülmüşdü. Həmin medalları komandamıza Nankin Olimpiadasında Natiq Qurbanlı və Leyla Əliyeva qazandırmışdı. Vüqar Talıbov Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya oyunlarında yeni bir uğur qazandı.