«Belə bir rəqibi mübarizədən kənarlaşdırmaq özü böyük bir nailiyyətdir»

«Belə bir rəqibi mübarizədən kənarlaşdırmaq özü böyük bir nailiyyətdir»


Taekvondo üzrə gənclərdən ibarət yığma komandanın başa məşqçisi Məmməd Abdullayev idmançımız Cavad Ağayevin Buenos-Ayresdə çıxışı barəsində öz fikirlərini bölüşüb.

- Cavad Ağayev yarışlarda bürünc medala layiq görüldü. Bu böyük nəticədir. Həmin medal gümüş və qızıl da ola bilərdi. Lakin idmançımız son saniyələrdə şansını əldən verdi. Qeyd edim ki, Cavadın qalib gəldiyi iranlı idmançı çox böyük uğurları ilə yadda qalıb. Belə ki, son yarım ildə Hamed Aşqari bütün yarışları məğlubiyyətsiz başa vurub. O, dünya çempionu və bu Oyunlara vəsiqə verən yarışın qalibidir. Belə bir rəqibi mübarizədən kənarlaşdırmaq özü böyük bir nailiyyətdir. Cavadın böyük gələcəyi var. O, qarşıdakı yarışlarda daha böyük uğurlar qazanmaq əzmindədir. Sevinirik ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yığma komandamıza medal bəxş edən idman növləri arasında taekvondonun da adı çəkiləcək. Bilirsiniz ki, 4 il əvvəl Nankində təşkil olunan analoji yarışlarda taekvondoçularımız bir qızıl və bir gümüş medal əldə etmişdilər. Bu o deməkdir ki, yeniyetmə taekvondoçularımız 
böyük potensiala malikdirlər.