UEFA Millətlər Liqasının mükafat fondunu artırdı

UEFA Millətlər Liqasının mükafat fondunu artırdı


UEFA liqaların səviyyəsinə uyğun olaraq, milli komandaların qazanacağı yeni məbləğ müəyyənləşdirib. Bununla da yığmamızın mübarizə apardığı D liqasında iştiraka görə verilən mükafatın məbləği 500 min avrodan 750 minə qaldırılıb. Bundan başqa, qrupunu lider tamamlayan komanda yeni dəyişikliyə əsasən, 500 min avro deyil, 750 min avro alacaq.
Liqanın qalibinin qazancı isə 6 milyon (əvvəl 4,5 milyon avro idi) avro təşkil edəcək. Finalda uduzan komandaya 4,5milyon (əvvəl 3,5 milyon), 3 və 4-cü yerin sahiblərinə isə müvafiq olaraq 3,5 (əvvəl 2,5) və 2,5 (əvvəl 1,5) milyon avro veriləcək.