Azərbaycan – Malta: Mətbuat konfransı, açıq məşq

Azərbaycan – Malta: Mətbuat konfransı, açıq məşq


UEFA Millətlər Liqası turniri çərçivəsində oktyabrın 14-də, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Malta oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtını diqqətinizə çatdırırıq:

13 oktyabr
Malta milli komandası
Saat 17:15. Mətbuat konfransı
Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Azərbaycan milli komandası
Saat 19:00. Mətbuat konfransı
Saat 19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi stadionda təşkil olunacaq.