Buenos-Ayres-2018 çərçivəsində boks üzrə yarımfinal görüşləri keçirilib. Təmsilçimiz Nurlan Səfərov (60 kq) növbəti döyüşünə çıxıb. Yarımfinalda tailandlı boksçuya məğlub olan idmançımız fikirlərini "Olimpnews.az" saytına bildirib.
Qeyd edək ki, idmançılarımızın çıxışlarını Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov və ölkəmizin nümayəndə heyətinin digər üzvləri də izləyiblər.