İngiltərənin "Mançester Siti” klubunun braziliyalı müdafiəçisi Danilo ötən gün milli komandasının Argentina yığması ilə keçirdiyi yoldaşlıq görüşündə zədələnməsi ilə əlaqədar əvəzlənərkən meydanı ağlayaraq tərk edib.Futbolçu 53-cü dəqiqədə Fabinyo ilə əvəzlənib. Onun meydanı tərk etməsinə baxmayaraq, oyun "pentakampeonlar”ın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Matçda yeganə qolu oyunun əsas vaxtına əlavə olunmuş üçüncü dəqiqədə Miranda vurub. Bu qol İtaliyanın "İnter” klubunun müdafiəçisinin yığmanın heyətində üçüncü qolu olub.