Yelizaveta Luzan:«Komanda yarışlarında uğurlu çıxışım layiqincə qiymətləndirildi»
08:45 18.10.2018
20465
Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında bədii gimnastika üzrə komanda yarışlarının qızıl medalını qazanan bədii gimnastımız Yelizaveta Luzan qələbə sevincini «Olimiya dünyası» qəzeti və "olimpnews.az" saytı ilə bölüşüb. Yeniyetmə gimnastımız bu mötəbər yarışda çıxışını bu cür dəyərləndirib: «Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında çıxış etmək böyük məsuliyyət tələb edir. Burada dünyanınən yaxşı və güclü idmançıları yarışırlar. Azərbaycanın yeniyetmə idmançıları da bu oyunlarda layiqli qələbələr qazanıblar. Çox sevinirəm ki, mənə göstərilən etimadı doğrulda bildim. Yarışlarda sona qədər böyük ruh yüksəkliyi ilə mübarizə aparan yeniyetmələrdən ibarət Olimpiya komandamızın üzvü olduğuma görə fəxr edirəm. Komanda yarışlarında uğurlu çıxışım layiqincə qiymətləndirildi. Qeyd edim ki, ilk dəfədir ki, bu cür böyük yarışda iştirak edirəm. Bundan əvvəl Avropa çempionatında özümü sınamışdım. Buenos-Ayresdə keçirilən Olimpiya oyunların isə formatına görə tamamilə fərqlidir. Fürsətdən istifadə edib, Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə və yarışlarda mənə azarkeşlik edərək alğışlarla məni qələbəyə ruhlandıran idmançı dostlarıma və Azərbaycan nümayəndə heyətinin üzvlərinə öz minnətdarlığımı bildirirəm.