Olimpiyaçılar cəzalandırıldılar

Olimpiyaçılar cəzalandırıldılar


Beynəlxalq Olimpiya Komitəsi (BOK) Afina-2004 Yay Olimpiya Oyunlarında nüvəitələmə yarışlarının qalibi Yuri Bilonoqun medalını əlindən alıb. Qadağan olunmuş preparat qəbul etməkdə günahlandırılan ukraynalı idmançı Olimpiya çempionu titulundan məhrum edilib. Bilonoqun qızıl medalı amerikalı Adam Nelsona veriləcək. Nüvəitələmə yarışlarının gümüş medalı danimarkalı Yoahim Olsenə, bürünc medal isə ispaniyalı Manuel Martinesə çatacaq.
BOK İcraiyyə Komitəsi Afina Olimpiadasında diskatma yarışlarının bürünc medalçısı İrina Yatçenkonu da diskvalifikasiya edib. Belarus idmançısının medalı çexiyalı Vera Pospisilovaya veriləcək. Afinada üçüncü olan rusiyalı ağırlıqqaldıran Oleq Perepeçenovun medalı isə türkiyəli atlet Reyhan Ərəboğluna təqdim ediləcək.