Latviyanın Yelgava şəhərində VIII Gənclər Olimpiadası keçiriləcək. Bu qərar Latviya Olimpiya Komitəsi tərəfindən verilib. Seçim iki şəhər -Yelqava və Dauqavpils arasında aparılıb.Gələn ilin iyulun 5-dən 7-dək keçiriləcək yarışlarda ölkənin bütün şəhər və kəndlərindən olan 3 min gənc idmançı iştirak edəcək. Bir neçə növ üzrə qalib gələnlər gənc və yeniyetmələr arasında bu yay Bakıda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak üçün vəsiqə qazanacaqlar.