"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda "Vorskla" klubunu qəbul edəcək. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:"Hamı bilir ki, vacib oyuna çıxırıq. İki turdan sonra hər iki komanda xalsızdı. Oyun haqda çox danışmağa ehtiyac yoxdu. Komandanı tam hazırlamışıq. Hamı matça ciddi hazırlaşır. Düşünürəm ki, sabah maraqlı və gərgin mübarizə olacaq. Sabah ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq".