19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində İsraillə bu gün qarşılaşacaq yığmamızın oyununu Belçika və Gürcüstandan olan hakimlər idarə edəcəklər. Oyunun baş hakimi belçikalı Erik Lambrext olacaq. Ona həmyerlisi Karel De Roker və gürcüstanlı Giorgi Elikaşvili kömək edəcək. Dördüncü hakim funksiyasını isə Aleko Aptsiauri (Gürcüstan) yerinə yetirəcək.
Qeyd edək ki, Tiflisdəki Mixail Mesxi adına stadionda keçiriləcək Azərbaycan - İsrail matçı Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.