MİLLİ DİRÇƏLİŞ GÜNÜ- MÖHTƏŞƏM 30 İL

MİLLİ DİRÇƏLİŞ GÜNÜ- MÖHTƏŞƏM 30 İL


Milli azadlığa nail olmaq üçün milli oyanış, 
milli dirçəliş, milli ruhun canlanması lazımdır.

Heydər Əliyev




1988-ci ildə Sovet imperiyasının dağılmasıyla bağlı onun hüdudları daxilində qanlı çaxnaşmalar baş verdi. Artıq çürümüş imperiyanın əsl mahiyyəti aydınlaşır, uzun illər təlqin olunan kommunist beynəlmiləlçiliyinin puç olduğu üzə çıxırdı. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı siyasət nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı başladı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanında Azərbaycan xalqı davamlı mitinqlər keçirdi. Milyondan çox insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Azərbaycanın Milli Dirçəliş Günü 17 noyabr, 1992-ci ildə elan olunmuşdur. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan milli azadlıq hadisələriylə bağlıdır. O vaxt,1988-ci ilin 17 noyabrında tələbələrin təşəbbüsü ilə başlanan mitinq tezliklə qüdrətli xalq hərəkəatına çevrildi. Ana torpağımıza uzanan xain əllər geri çəkilmək bilmir, bəd əməllərin və məkrlə yoğrulmuş çirkin niyyətlərin, yersiz iradların və amansız ittihamların ardı-arası kəsilmirdi.
1988-ci ilin əvvəllərində Ermənistanda yaşayan azərbaycanlılara sözün əsl mənasında divan tutuldu. Qışın oğlan çağında ayaqyalın, başı açıq meşələrə, dağlara qovulan, qar uçurumları altında qalan körpələrimizin, qız-gəlinlərimizin ahınaləsi eşidilməz oldu. Belə ki, ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırmaq tələbləri, bunun ardınca 1988-ci ildə məlum Sumqayıt hadisələri baş verdi.
Ermənistanda zəlzələ xəbəri hələ mərkəzə çatmamış biz mülki-müdafiə dəstələri yaradıb adını da qoyduq «könüllülər dəstəsi». Zəlzələdən bircə gün əvvəl həmin rayonlarda yaşayan azərbaycanlıları diri-diri yandıran ermənilərə belə alüdə olduq ki, «köməyə tələsənləri» təyyarəyə mindirib yola salanda onların siyahısını tutmadığıda unutduq. Həlak olanları bir neçə gündən sonra müəyyən edə bildik.
Xalqımızı aldatdılar, qanına qəltan elədilər. Əvvəlcədən düşünülmüş ssenari üzrə igid cavanlarımıza, ana-bacılarımıza, hətta körpələrimizə də qıydılar.
Televiziya qurğuları dağıdıldı, radionun səsi kəsildi. Şəhərin «əməliyyat» aparılacaq massivlərində elektrik xətlərini iflic etdilər ki, xəbərdarlıq etmədən əliyalın, dinc əhaliyə divan tutsunlar, bəd əməllərini görən olmasın, istədiklərini edə bilsinlər. Ayrı-ayrı adamların məsuliyyətsiz çıxışlarını öz suverenliyi, azadlığı uğrunda ayağa qalxma adı ilə bağlayıb «başqa çıxış yolu yox idi» deyərək qırğın törədənlər üçün əslində ən əlverişli fürsət ələ düşmüşdür.
Şəhərdə sabitlik yaratmaq əvəzinə dörd səhv meyl qəbul edildi: 1.Ümumi tətillər. 2. Şəhəri qorumaq məqsədilə yollarda kütləvi piketlər təşkil etmək. 3. Mitinqlərin MK qarşısına köçürülməsi. 4. İstefa şüarı. Bunların hamısı böhranı dərinləşdirdi. Hərəkatın dinc xarakterini qoruyacaq yeganə doğru şüar Respublika Ali Sovetini çağırıb Ermənistanla sərhəddəki toqquşmalara rəsmi siyasi qiymət verməyi tələb etmək idi.
Bakıda fövqalədə vəziyyət barədə fərman «Zaman» proqramında elan olunmalı idi. Amma televiziyanın enerji blokunun partladılması buna imkan vermədi. Bakı əhalisi şəhərdə fövqalədə vəziyyət elan olunduğunu ancaq səhər saat 6-ya qədər yüzlərlə adamın qanı axandan sonra bildi. Qanlı yanvar günlərində xalqımız öz yolunu müəyyənləşdirdi, qanı axa-axa, hər cür mərhumiyyətlərə sinə gərə-gərə azadlığa doğru addımladı.
Mərkəzdəki, Azərbaycana düşmən qrupların və daxildəki satqınların səyi nəticəsində azərbaycanlıların Qarabağdakı dədə-baba torpaqlarından köçürülməsi həyata keçirildi, xalq hərəkatı içərisində təfriqə salındı. Nəticədə Azərbaycan öz tarixi ərazisi olan Qarabağı tamamilə əldən verdi.
1989-cu ilin iyununda Azərbaycan Xalq Cəbhəsi (AXC) dövlət tərfindən qeydiyyata alınıb. Elə həmin ilin sentyabrında Ali Sovet (parlament) Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul edib. Buna baxmayaraq azadlıq hərəkatı daha da genişlənib. 1990-cı il seçkilərində AXC rəhbərlərinin əksəriyyəti Ali Sovetin deputatı seçilib.
Bunun ardınca tarixi cinayət-90-cı ilin Qanlı Yanvar qırğını baş verdi: 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridilib. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edilib. Çoxsaylı aksiya iştirakçıları və dinc sakin qətlə yetirilib. 750 nəfər yaralandı, 131 nəfər şəhid oldu. Onlardan – 117-si azərbaycanlı, 6-sı rus, 3-ü tatar və 3-ü yəhudi olub.
Rus ordusunun Qorbaçovun başçılığı ilə Bakıda törətdiyi dəhşətli hadisəni bütün dünyaya bəyan etmək üçün Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlir. Xarici jurnalistlərin qarşısında Heydər Əliyev SSRİ tarixində ilk dəfə olaraq o dövrki Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Mixail Qorbaçovu Azərbaycan xalqının qətilində ittiham edir. Bu çıxışdan sonra isə Heydər Əliyev xalqının ağır və faciəli günlərində vətənə dönməyi qərarlaşdırır. Dağılmaqda olan imperiya Heydər Əliyevin şəxsiyyətinə və bu dahi insanın siyasi baxışlarına yaxşı bələd olduğu üçün onun öz doğma vətəninə dönməsinə böyük manelər törətməyə başlayır. Amma bu dahi siyasətçi Heydər Əliyev bütün bu maneələri dəf edərək Bakıya dönməyə müvafiq olur. Bu dövrdə öz çirkin əməllərini həyata keçirmək istəyənlər Heydər Əliyevin Bakıda siyasi faliyyətinə maneələr yaradır və onun ölkənin tərk etməsini istəyirlər. Xalqımızın fəlakətlərə sürükləndiyi bir vaxtda, erməni işğalçılarının ölkəmizin içərilərinə doğru hərəkət etdiyi bir zamanda Naxçıvan əhalisi yekdillik və uzaqgörənliklə Heydər Əliyevi Azərbaycan Respublikası Ali Sovetinə deputat və özünə rəhbər seçdi. Yalnız bundan sonra taleyin ümidinə buraxılmış Naxçıvan, Qarabağ və ümumiyyətlə bütöv Azərbaycan fəlakətdən qorunmuş oldu.
Azərbaycan Xalq Cəbhəsi Naxçıvan Vilayət şöbəsinin 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Güney və Quzey Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdir. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar. Lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi.
1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi.
1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolunda atılan daha bir mühüm addım oldu. Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürüldü. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası parlametində «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Kons¬ti¬tusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni bir dövrü – müstəqil inkişaf dövrü başlandı.
Bununla yanaşı, 1992-ci illərdə Xocalı faciəsi baş verib, indiki Ermənistan ərazisində və Qarabağda yaşayan yüz minlərlə azərbaycanlı tarixi torpaqlarından didərgin salınıb. Qarabağ cəbhəsində minlərlə insan həlak olub, itgin düşüb, ağır məhrumiyyətlərə məruz qalıb.
1992-ci ilin mayında isə AXC hakimiyyətə gəldi. Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqilliyinə real təhlükə olan SSRİ qoşunları Azərbaycandan çıxarıldı.
Heydər Əliyevin yenidən böyük siyasətə qayıtması xarici qüvvələri təşvişə salmışdı. Onlar hər vasitə ilə ona qarşı çıxırdılar. Xalq isə aydın başa düşürdü ki, Heydər Əliyevə qarşı aparılan bədnam kampaniya əslində antiazərbaycan siyasətin tərkib hissəsidir.
O dövr ki, hakimiyyətin səriştəsizliyi üzündən Azərbaycan bir dövlət kimi dünya xəritəsindən silinmək üzrə idi. Daxildə baş qaldırmış qiyamlar ölkəni və xalqı məhvə sürükləyirdi. 1993-cü ilin məlum iyun hadisələri, Gəncədə qardaş qanının axıdılması vətəndaş müharibəsinin başlanğıcı idi. Bütün bunlar, şübhəsiz ki, 1988-ci ildən etibarən Azərbaycanda gedən məkirli siyasi oyunların məntiqi nəticəsi idi.
Azərbaycanı real parçalanma və məhv olma təhlükəsindən xilas edə biləcək yeganə bir şəxsiyyət Heydər Əliyev idi. Elə buna görə də Heydər Əliyev xalqın yekdil və qəti iradəsi ilə, demokratik və qanuni yolla yenidən ölkə rəhbərliyinə qayıtdı. Təsadüfi deyil ki, tale özü Azərbaycanı yenidən dirçəltmək, onun müstəqilliyini qorumaq kimi çətin və şərəfli bir vəzifəni məhz Heydər Əliyevin qadir əllərinə tapşırdı. İnamla demək lazımdır ki, yalnız 1993-cü ilin yayında (iyun ayının 9-da) xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra illərlə davam edən siyasi hakimiyyət böhranı, anarxiya və özbaşınalığa son qoyuldu. Azərbaycanda yeni tarixi mərhələ-dövlət müsəqilliyinin möhkəmləndirilməsi, real quruculuğu başlandı. Öz müstəqilliyini bəyan etmiş Azərbaycanın müstəqil ordusunun yaradılması tarixi zərurət idi. Ermənistanın ölkəmizə xaincəsinə basqını və torpaqlarımızın 20 faizindən çoxunu zəbt etməsi bizi azadlıq uğrunda müharibəyə qaldırdı. Qanlı döyüşlər getdi. 2 noyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan xalqına ’’Qalx ayağa Azərbaycan’’ deyə müraciət etdi. Onun müraciəti bütün Azərbaycan vətəndaşları kimi, əsgərlərimizi, matroslarımızı, gizirlərimizi və generallarımızı da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə daha da ruhlandırdı. Azərbaycanın xöşbəxt gələcəyinə inamı daha da artdı. 1993-cü ilin sonunda və 1994-cü ilin əvvəllərində ümummilli liderimiz Heydər Əliyevin səngərlərimizə şəxsən baş çəkməsindən sonra isə döyüşçülərimiz, Füzuli, Goranboy cəbhələrində itirilmiş torpaqlarımızın bir hissəsini azad etdilər və Tərtər bölgəsində düşmən qüvvələrinə imkan vermədilər. Düşmən xeyli itkiyə məruz qaldı. Xankəndi ətrafında düşmənlə döyüşə girən Etibar İsmayılovun şücaəti buna parlaq misaldır. Etibar düşmən tankının altına atılaraq onu partlatmış, özü həlak olmuş və otuz nəfər aəzərbaycanlı əsgəri ölümdən xilas etmişdir.
Son 24 il ərzində xalqımızın Ümmilli lideri Heydər Əliyevin ölkədə yeridilən müdrik daxili və xarici siyasət nəticəsində milli müstəqillik xətti dönmədən həyata keçirilmiş, hüquqi demokratik dövlət quruculuğu, Miili Ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görülmüşdü. Ümummilli liderimiz Heydər Əliyev dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri ilə, nüfuzlu beynəlxalq təşkilatlar və işgüzar dairələrlə yüksək səviyyəli rəsmi görüşlər keçirmiş, Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini dünyaya çatdıırmış və bununlada ölkəmizə diqqət və maraq qat-qat artmışdır. Siyasi-iqtisadi əlaqələrimiz genişlənmiş, mühüm müqavilə və sazişlər imzalanmışdır. Bütün bunlar Azərbaycan xalqının, gənc müstəqil Respublikanın tarixi nailiyyətidir.
Eyni zamanda Qarabağ münaqişəsinin dinc yolla nizama salınması, işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində ardıcıl, fəal xarici siyasət yürüdülmüşdür. Belə ki, 1994-cü ilin mayın 12-dən etibarən əməl olunan atəşkəsin Ermənistanın müdafiə naziri, o, cümlədən DQ ordu komandiri 1994-cü il iyulun 27-də yazılı surətdə təsdiq edilməsi alqışlanır. Belə uzunmüddətli atəşkəsin əldə edilməsi problemin sülh yolu ilə həllində ilkin mərhələ, zəruri siyasi addımdır.
Bu dövrdə Azərbaycanın iqtisadi-siyasi həyatında mühüm demokratik dəyişikliklər baş vermiş, aqrar islahatların aparılması haqqında qanunlar, eyni zamanda özəlləşdirmə qanunu və konsepsiya qəbul edilmişdir. Azərbaycanda iqtisadi potensialı hərəkətə gətirmək, maliyyə sistemində köklü dəyişiklər sahəsində ciddi addımlar atılmışdır.
Respublikamızın dövlət müstəqilliyinə, suverenliyinə qənim kəsilən düşmən qüvvələri narahat edən də məhz bu uğurlu siyasətdir.
Azərbaycanda dövlət müstəqilliyi xəttinin uğurlarını görən daxili və xarici antiazərbaycan dairələr daha kəskin və təhlükəli siyasi təxribatlara əl atdılar. Fəlakətli vətəndaş müharibəsinin və Azərbaycan müstəqilliyinin məhvolma təhlükəsinin qarşısını məhz Heydər Əliyev aldı.
Oktyabr və mart dövlət çevrilişləri cəhdlərinin qarşısının alınması xalqımızın ümummilli lideri Heydər Əliyevin işıqılı dühası, zəngin siyasi təcrübəsi, xalqa tam vəhdəti, beynəlxalq nüfuzu, ən gərgin və həlledici anlarda vəziyyəti real qiymətləndirmək bacarığı və qətiyyəti sayəsində mümkün oldu. Dövlət çevrilişinə cəhd göstərən xəyanətkar qüvvələr hər şeyi əvvəlcədən ciddi ölçüb-biçsələr də bir həqiqəti unutmuşdular. Bu da xalq amili idi. Oktyabr və mart hadisələrində Azərbaycan xalqı dövlətçilik prinsiplərinə sədaqətini, siyasi yetkinliyini, müstəqillik ideyalarını ümummilli ideala çevrildiyini, iqtidarın yürütdüyü xarici və daxili siyasəti dəstəklədiyini yekdilliklə nümayiş etdirdi.
Xalqımızın ümummilli lideri Heydər Əliyev bu hadisələr zamanı müstəsna dözüm, mətanət və siyasi müdriklik göstərərək xalq iradəsinin yeganə təmsilçisi dövlət təhlükəsiszliyimizin yeganə təminatçısı olduğunu bir daha sübut etdi. Düşmənin məkrli planı, Azərbaycanı daxildən parçalamaq niyyəti növbəti dəfə dövlət başçısının siyasi uzaqgörənliyi, qətiyyəti və sarsılmaz iradəsi ilə qarşılaşdı və puça çıxdı.
2 fevral 1996-cı ildə Respublika sarayında müstəqil Azərbaycan Respublikası Gənclərinin birinci forumu keçirildi. Müstəqil Azərbaycan Respublika gənclərinin birinci forumunda xalqımızın ümumilli lideri Heydər Əliyev çox məzmunlu nitqlə çıxış edib, gənclərin qarşısında duran proqram tələblərini bildirdi:
İndi ordumuzun 90 faizini gənclər təşkil edir, Gənclər Təşkilatının, gənclərin əsas vəzifəsi hər bir gənci, hər bir Azərbaycan övladını orduya xidmətə hazırlamaqdan idarət olmalıdır. Bizim güclü ordumuz olmalıdır. Ona görə yox ki, biz yenidən hərbi əməliyyatlara başlamaq istəyirik. Yox, sadəcə olaraq Müstəqil Azərbaycan Respublikasının özünə məxsus güclü ordusu olmalıdır.
Gənc nəslin hərbi-fiziki tərbiyəsi həmişə aktual olmuşdur.
Bunsuz xalqın milli yaddaşını inkişaf etdirmək qeyri-mümkündür. Müstəqil dövlət şəraitində böyüməkdə olan nəslin hərbi-fiziki tərbiyəsini elə təşkil etmək lazımdır ki, o, əzabla əldə edilmiş müstəqilliyi qoruyub inkişaf etdirməyə qadir olsun.
Hərbi-fiziki tərbiyə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qorumağa hazır olmaq ruhunu aşılamağı zəruri edir. Erməni təcavüzkarlarının Respublikamıza qarşı apardığı elan olunmamış müharibə göstərir ki, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi daha da gücləndirilməlidir.
Dünya şöhrətli siyasətçi xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatında millətin yaddaşına yazılmış anlar, məqamlar çox olmuşdur. Onun Lissabon sammiti zamanı göstərdiyi müdriklik xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Bu bir həqiqətdir ki, neçə illərdən bəri Ermənmstan, onun havadarları dünya diplomatiyası sahəsində Azərbaycan xalqının mifik ’’adam yeyən’’ obrazını yaratmışdı. Azərbaycan siyasət aləmində tənha qalmışdı. Dost xalqlar da Azərbaycan xalqının haqq sözünü deməkdə çətinlik çəkirdi. Hər yerdə Azəpbaycan günahkar hesab edilirdi. Heydər Əliyevin hakimiyyətə gəlişi dynüa siyasət aləmində Azərbaycan haqqında yaranmış qeyri – obyektiv münasibət və baxışları alt-üst etdi. Onun uzaqgörən siyasəti addım-addım böyük Çin səddini keçib Avropaya pəncərə açdı, BMT-nin yüksək kürsüsündən dünyaya yayıldı. Azərbaycanın haqq sözünü deyənlərin sayı artdı. Lissabon sammiti bu haqq və ədalət sözünün yüksək zirvəsi oldu. Azərbaycan xalqı mavi ekran qarşısında ən gərgin səhnənin şahidinə çevrildi. 52 dövlət bəyannaməsində 20-ci maddədə irəli sürülmüş prinsipləri Azərbaycanın xeyrinə müdafiə etdi. Bu xalqımızın yaddaşına həkk olunası ən zəruri məsələ idi. Ən nəhayət, böyük qələbə idi, fəlakətlərlə dolu olan müharibəyə dərin nifrət idi.
Lissabon görüşü Azərbaycan üçün çox faydalı olmuşdur. Çünki Azərbaycan artıq özünün ərazi bütövlüyünün tanınması haqda razılıq əldə etmişdir. Bu prinsiplərin təsdiqi bütün dünyaya göstərdi ki, Azərbaycan öz mövqeyində qəti dayanmışdır. Lissabon görüşü göstərdi ki, ermənilər, erməni təcavüzləri ifşa olunmuşdur. Beynəlxalq ictimaiyyət ermənilərin təcavüzkar siyasətlərini pislədi. Dünya ictimaiyyəti bildi ki, ermənistan yeganə dövlətdir ki, məsələnin sülh yolu ilə həllinə mane olur.
Belə vəziyyətdə xalqımızın ümummilli lideri Heydər Əliyev 1996-cı ilin noyabr ayında ATƏT üzv dövlətinin başçılarını bu üç prinsipin vacibliyi və ATƏT-in bütün üzvləri tərəfindən bəyənilməsinin zəruriliyi barədə müraciət etdi.
Xalqımızın ümummilli lideri Heydər Əliyev dünyanın ən təcrübəli və görkəmli siyasətçilərindən biri olaraq respublikamızda demokratiyanın, insan haqlarının qorunması, Azərbaycanın torpaq bütövlüyünün və müstəqilliyinin möhkəmləndirilməsi yolunda əldə etdiyi tarixi nailiyyətlərinə görə 1997-ci ildə Türkiyənin «Nərgiz TV» televiziya kanalının keçirdiyi rəy sorğusunda qalib gələrək – insan haqları və ilin dövlət adamı mükafatına layiq görülmüşdür.
Azərbaycan xalqı bu günkü həyata asanlıqla çatmamış, böyük mübarizə yolu keçmişdir. Biz XXI əsrdə xalqımızın mübarizəsi, başına gətirilən müsibətlər haqqında əsl həqiqəti gəncliyə vaxtında çatdırmalı, onları mənəvi cəhətdən ruhlandırmalı, tarixin qanlı hadisələrini unutmamağa və gələcək hadisələrə hazırlamalıyıq.
Milli dirçəliş günü ilə başlanan müasir tariximizin 30 illik dövründə əldə olunmuş nailiyyətələrə görə xalqımız xilaskar liderimiz Heydər Əliyevə minnətdardır. Bu günkü sabitliyi, əminamanlığı xalqımıza məhz Heydər Əliyev bəxş etmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qaydışı həlli çətin görünən bir çox məsələləri reallığa çevirdi. Azərbaycan bütün dünyada tanındı.
Belə bir ağır, təhlükəli dövrdə ümummilli liderimiz Heydər Əliyev xalqın dadına yetişdi. Bu qayıdışla o, Azərbaycanda vətəndaş müharibəsini aradan qaldırdı. Düşmənlərimizin Azərbaycanı parçalamaq, məhv etmək planlarını puça çıxardı. Xalqımız, Müstəqil Azərbaycan fəlakətdən xilas oldu.
Azərbaycanın müstəqilliyinin dönməzliyinə nail olmaq, tarixən formalaşmış xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək kimi mühüm vəzifələrin öhdəsindən uğurla gələn Prezident İlham Əliyev Şərqlə Qərb arasındakı münasibətlər sistemində ölkəmizin özünəməxsus yerini daha da möhkəmləndirdi. Erməni təbliğatı və erməni lobbisinin yaratdığı mif darmadağın edildi, dünya birliyi onların əsl simasını gördü. Azərbaycan Prezidenti Qarabağ uğrunda müharibəni hücum diplomatiyasına keçirərək beynəlxalq təşkilatların diqqətini bu problemə yönəltdi. Bununla da dünya birliyi Xocalı soyqırımını tanımağa və pisləməyə başladı. Dağlıq Qarabağ probleminin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayıldı və beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi. Azərbaycan öz siyasəti ilə bütün dünyada sülhsevər, sivilizasiyalı ölkə kimi tanındı, Avropanın və dünyanın ən böyük və nüfuzlu ölkələri ilə qarşılıqlı münasibətlər yaratmaq üçün ciddi iş aparıldı. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçuya çevrildi.
Hər birimizin borcudur ki, Heydər Əliyevin bizə miras qoyduğu müstəqil dövlətçilik ənənələrini göz bəbəyi kimi qoruyaq və onun layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşək…