Noyabrın 16-18-də DağıstanınXasavyurt şəhərində sərbəst güləş üzrə "Continental Cup” turniri keçiriləcək. Ölkəmizi yarışda məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Mircəlal Həsənzadə, İslam Bazarqanov, Əliabbas Rzazadə (hər üçü 57 kq), İntiqam Vəlizadə (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Gitinoməhəmməd Hacıyev, Ağahüseyn Mustafayev (hər ikisi 70 kq), Coşqun Əzimov (74 kq), Elçin Məmmədov, Ravil Babazadə, Abdulmuslim Məmmədov (hər üçü 79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Məhəmmədhacı Xatıyev, Cavid Sadıqov (hərikisi 92 kq) və Roman Bəkirov (97 kq) təmsil edəcəklər. İkinci dərəcəli beynəlxalq hakimlər Elman İsmayılov, Vüqar Şükürov, Vaqif Zeynallı və Kamran Əliyev, eləcə də üçüncü dərəcəli beynəlxalq hakim Babək Allahverdiyev turnirdə ədaləti qoruyacaq.