"Arsenal"ın futbolçusu Mesut Özil aktrisa və Türkiyə gözəli Amine Gülşe ilə evlənməyə hazırlaşır.
Cütlük öz toyunu Almaniya, Türkiyə və İsveçdə təşkil etməyi planlaşdırır.
Mesut Almaniyada, Gülşe isə İsveçdə doğulub-böyüsələr də, türk əsillidirlər. 1 milyon türk lirəsinə başa gələcək toy mərasimlərin dəqiq tarixi bilinməsə də, yaxın dövrlərdə gözlənilir.
Nikahdan sonra Amine aktrisalığa davam etsə də, açıq-saçıq səhnələrdə çəkilməyəcək. Bunu onun nişanlısı istəmir. Belə ki, Mesut bundan əvvəl verdiyi müsahibələrinin birində deyib: "Almaniyada doğulub-böyüsəm də, türk adət-ənənələrinə uyğun tərbiyə almışam. Amine bunu yaxşı bilir".