Beynəlxalq kubok yarışında ikinci yer

Beynəlxalq kubok yarışında ikinci yer


Azərbaycanın milli polo komandası Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı və "PAŞA Sığorta”nın sponsorluğu ilə ABŞ-ın Florida ştatındakı "Grand Champions Polo Club”da keçirilən polo üzrə beynəlxalq kubok yarışında ikinci yeri tutub.
Turnirin final görüşündə dünyanın ən güclü polo komandalarından hesab edilən Azərbaycan millisi ABŞ seçməsi ilə qarşılaşıb.
Yığmamızın baş məşqçisi Namiq Orucovun qərarı ilə start heyətdə Elçin Camallı, Amil Namazov, Andres Laplasette, Adrian Laplasette və Rəşad Həsənov yer alıblar. Gərgin idman mübarizəsi şəraitində keçən final oyununun son dəqiqələrində komandamızın təşəbbüsə yiyələnməsi, Elçin Camallının və Amil Namazovun vurduqları qollara baxmayaraq, matç ABŞ seçməsinin 9:7 hesablı qələbəsi ilə başa çatıb. Millimiz turnirin gümüş medallarına sahib olub.