Nəhənglərimizin Polşa sınağı uğurla başa çatıb

Nəhənglərimizin Polşa sınağı uğurla başa çatıb


Bu yaxınlarda Polşada sumo üzrə "Poland Sumo Cup” beynəlxalq turniri keçirilib. 10 ölkədən 300-dək idmançının iştirak etdiyi yarışda Azərbaycan sumoçuları da qüvvələrini sınayıblar. Nəhənglərin yarışında komandamız 3 idmançı və 1 hakim ilə təmsil olunub.
Şəxsi yarışlarda təmsilçimiz Elməddin Ramazanov bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. Digər idmançımız Çingiz Səmədov isə yalnız komanda yoldaşına uduzaraq üçüncü yeri tutub.
Komanda yarışları da təmsilçilərimiz üçün uğurlu olub. Belə ki, sumoçularımız komanda yarışlarında bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.